"Real"ın hücumçusu "Çelsi"yə yazıldı

"Real Madrid"in oyunçusu Rodriqo Qoes karyerasını Premyer Liqada davam etdirmək ehtimalı var.
90plus.az xəbər verir ki, "Çelsi" klubu futbolçunun transferi üçün ciddi təkliflə çıxış edib. Daha əvvəl yayılan xəbərlərdə Rodriqonun "Real Madrid"dəki mövqeyindən məmnun olmadığı və komandadan ayrılmaq niyyətində olduğu bildirilmişdi.
Qeyd: Bu mövsüm Rodriqo ümumilikdə 50 matçda meydana çıxıb, 13 dəfə rəqib qapısına yol tapıb və 10 qol ötürməsi ilə yadda qalıb. Futbolçunun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved