“Real”ın hücumçusu “Olimpik Lion”da
RƏSMİ: Endrik “Olimpik Lion”a keçir – razılaşma tamamlandı.
90plus.az xəbər verir ki, “Real Madrid”in gənc hücumçusu Endrikin “Olimpik Lion”a keçidi rəsmiləşib. Tərəflər arasında icarə əsasında razılaşma əldə olunub və transferlə bağlı bütün əsas detallar razılaşdırılıb. Bu barədə ilk məlumat iki ay əvvəl yayılmışdı.
Razılaşmaya əsasən, Endrik mövsümün sonunadək – iyun ayına qədər “Olimpik Lion”da çıxış edəcək. Müqavilədə satınalma (buy option) bəndi yer almır və futbolçu yayda yenidən “Real Madrid”ə qayıdacaq. İcarə müddətində Endrikin maaşının 50 faizi “Olimpik Lion” tərəfindən ödəniləcək.
Məlumata görə, hazırda “Real Madrid” və “Olimpik Lion” yalnız texniki detalları yekunlaşdırır və müqavilə iyun ayınadək qüvvədə olacaq. Satınalma hüququnun olmaması “kral klubu”nun Endriki uzunmüddətli planlarının bir hissəsi kimi gördüyünü göstərir.
Beləliklə, braziliyalı hücumçu Avropa futbolunda daha çox oyun vaxtı qazanmaq üçün Liqa 1-də təcrübə toplayacaq, yayda isə yenidən Madridə qayıdacaq.
© Copyright 2026, All Rights Reserved