"Real"ın əsas heyət üzvü sıradan çıxdı
"Real Madrid"in yarımmüdafiəçisi Orelyen Tçuameni zədələnib.
90plus.az xəbər verir ki, fransalı futbolçu “Liverpul”la keçirilən qarşılaşma (0-1) zamanı xəsarət alıb. Məlumata görə, onun sol budunun yarımvətərli əzələsində zədə aşkarlanıb və bu səbəbdən Tçuameni təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu zədə səbəbindən o, Fransa millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsi oyunlarında iştirak etməyəcək. Bundan əlavə, yarımmüdafiəçi La Liqada “Rayo Valyekano” (9 noyabr) və “Elçe” (23 noyabr) ilə keçiriləcək matçlarda da forma geyinə bilməyəcək.
Qeyd: Futbolçunun 26 noyabrda Çempionlar Liqasının 5-ci turunda “Olimpiakos”a qarşı oyuna qədər tam bərpa olunması gözlənilir.
© Copyright 2025, All Rights Reserved