“Real Madrid” Dioqo Dalotu heyətinə qata bilər.
90plus.az xəbər verir ki, "Los Blankos" portuqaliyalı futbolçunu Trent Aleksander-Arnoldun keçidi baş tutmayacağı halda alternativ görür.
İspaniya klubu artıq Dalotun ətrafı ilə əlaqə saxlayıb və “Man Yunayted”dən müdafiəçi ilə bağlı məlumat istəyib. "Qırmızı şeytanlar" 50 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyəcəklər.
“Real Madrid” üçün Aleksander-Arnoldun transferi prioritet sayılır. İngiltərəli futbolçunun “Liverpul” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Amma "Los Blankos"da transferin reallaşacağına hələlik əminlik yoxdur.
Mənbə: Relevo
© Copyright 2025, All Rights Reserved