Renat Dadaşovun narazılığı Ayxan Abbasovun sərt qərarı ilə üzləşdi!

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Ukrayna yığmasına qarşı oyunda (1:2) iştirak etməməsinin səbəbi üzə çıxıb.
90plus.az xəbər verir ki, 26 yaşlı forvard Fransaya qarşı keçirilən görüşdə ikinci hissədə meydana çıxmalı idi. Lakin oyun planında baş verən dəyişikliklər və taktiki qərarlara görə, baş məşqçi Ayxan Abbasov onun əvəzinə başqa futbolçuya şans verib.
Bu qərar “Motor” (Polşa) klubunda çıxış edən Dadaşovun xoşuna gəlməyib. O, narazılığını baş məşqçiyə bildirdikdən sonra komandadan kənarda qalıb və Ukrayna ilə matçın iştirak ərizəsinə daxil edilməyib.
Hazırda Renat Dadaşovun Ayxan Abbasovun rəhbərliyi dövründə yenidən milliyə dəvət alıb-almayacağı sual altındadır. (Azerisport)
© Copyright 2025, All Rights Reserved