Reşford istədiyinə nail olur

“Barselona” Markos Reşfordun icarəsi ilə bağlı “Mançester Yunayted”lə razılıq əldə edib.
90plus.az xəbər verir ki, müqaviləyə satınalma imkanı da daxildir və bütün detallar – maaş və ödəniş şərtləri üzrə razılaşma var.
"Barselona" artıq Reşford üçün gələn həftə tibbi müayinəni planlaşdırıb. “Mançester Yunayted” futbolçunun səfərinə icazə verməyə hazırlaşır. İdman direktoru Deko razılaşıb, baş məşqçi Hansi Flik də "bəli" deyib.
Reşford yanvardan bəri yalnız “Barselona”ya keçmək istəyirdi.
© Copyright 2025, All Rights Reserved