Riberinin ayağı kəsilə bilərmiş
41 yaşlı sabiq futbol ulduzu Frank Riberi karyerasının sonuna yaxın bir əməliyyatdan sonra infeksiya səbəbindən ayağının amputasiya olunma ehtimalının olduğunu söyləyib.
90plus.az xəbər verir ki, fransız keçmiş vinger həmin kabus günlərini belə xatırlayır:
"Məndə pis bir infeksiya var idi, o, məni yeyib bitirirdi. İki ay ərzində həb qəbul etdim".
"O qədər pis idi ki, ayağımda deşiklər var idi. Staphylococcus aureus-a (toksik şok sindromu) yoluxmuşdum".
"Avstriyadakı xəstəxananın təcili yardım şöbəsində on iki gün yatdım. Həqiqətən qorxdum. Ayağımı kəsə bilərdilər".
📰: Lequipe
Qeyd: 2022-ci ilin oktyabrında futbolçu həyatına son qoyan Riberi Salernitanada baş məşqçinin texniki əməkdaşı oldu. 2023-cü ilin oktyabrında Riberi UEFA-nın B məşqçilik lisenziyasını alıb.
© Copyright 2025, All Rights Reserved