Riçarlison: “Bu gün tək uduzan futbol oldu”

”Tottenhem”in braziliyalı oyunçusu Riçarlison Vinisiusun “Qızıl top”un qazana bilməməsinə münasibət bildirib.
90plus.az xəbər verir ki, Riçarlison hənyerlisini belə müdafiə edib:
”Futbolu yaşayan hamımız hər mövsüm böyük həyəcanla fərdi mükafatları gözləyirik. Bu gün futbolu sevən bütün braziliyalılar uzun müddətdən sonra yuxudan ayılıb, dünyanın ən yaxşısı mükafatını ölkəmizdən daha bir futbolçunun qazanacağını gözləyirdilər.
Təəssüf ki, mükafat heç kimin başa düşə bilməyəcəyi meyarlara görə gəldi. Məni səhv başa düşməyin, Rodri ən yaxşılar arasında olmağa layiq olan böyük oyunçudur. Ancaq Vininin Ballon d'Or-u almaması utancvericidir və bu gün yeganə uduzan futbol oldu.
Yadımdadır, Vini demişdi ki, onun arzusu bütün Braziliyanın onu alqışlamasıdır. Və o gün bu gün idi! Sən nəhəngsən və dünyanın ən yaxşısısan, qardaşım! Və heç bir kubok bunu dəyişə bilməz. İrəli get və heç vaxt susma! Hamımız bir yerdəyik!”.
ƏLAVƏ: Eduardo Kamavinqa:
”FUTBOL SİYASƏTİ.
Qardaşım, sən dünyanın ən yaxşı oyunçususan və heç bir mükafat əksini iddia edə bilməz. Səni sevirəm".
Qeyd: Vinisius Junior ispaniyalı Rodridən sonra 2024-cü ilin ikinci ən yaxşı futbolçusu seçilib.
© Copyright 2025, All Rights Reserved