"River Pleyt"dən bu qiymətə "Real"a

Franko Mastantuononun "Real" klubuna keçidi artıq reallaşmaq üzrədir.
90plus.az xəbər verir ki, Madrid təmsilçisi "River Pleyt"in istedadlı cinah oyunçusunu transfer etmək üçün razılığa gəlib. Məşhur insayder Fabritsio Romanonun yaydığı xəbərə görə, "Real" bu keçid üçün ümumilikdə 45 milyon dollar ödəyəcək və bu məbləğ bir neçə hissədə ödənəcək.
İspaniya nəhəngi 17 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayacaq.
"River Pleyt" rəhbərliyi isə Mastantuononun əvvəlcə Klublararası Dünya Çempionatında komanda ilə iştirak etməsini, daha sonra isə avqust ayında "Real"a qoşulmasını istəyir.
Gənc yarımmüdafiəçi "River Pleyt"in heyətində indiyədək 61 oyuna çıxıb, bu matçlarda 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved