Robbi Kinin yeni adresi Macarıstan oldu
İngiltərənin “Liverpul” və “Tottenhem” klublarının keçmiş hücumçusu, İrlandiya millisinin sabiq üzvü Robbi Kin Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi təyin edilib.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayımlayıb.
44 yaşlı mütəxəssis bu vəzifədə ötən ildən komandaya rəhbərlik edən Paskal Yanseni əvəz edib.
Kin bundan əvvəl İsrailin “Makkabi” komandasını çalışdırıb.
© Copyright 2026, All Rights Reserved