Roberto Karlos 15 illik evliliyinə son qoyur

Braziliyalı veteran futbolçu Roberto Karlos 15 il evlilikdən sonra həyat yoldaşı Mariana Lukkondan boşanır.
90plus.az xəbər verir ki, boşanma prosesi zamanı Karlos "Real Madrid"in bazasında yaşamağa qərar verib.
2009-ci ildən nikahda olan cütlüyün iki qızı var. Onlar sahib olduqları 160 milyonluq əmlakı bölüşdürəcəklər.
Qeyd: Robertonun İspaniyada iki evi var. Onun birində futbolçunun valideynləri, digərində isə həyat yoldaşı ilə uşaqları yaşayırlar.
© Copyright 2025, All Rights Reserved