Rodriqo: “Yeni Rodriqo doğulur”
Rodriqo əməliyyatdan sonra: “Yeni Rodriqo doğulur”.
90plus.az xəbər verir ki, "Real Madrid"in braziliyalı hücumçusu Rodriqo əməliyyatdan sonra ilk açıqlamasını verib. Futbolçu sosial şəbəkədə paylaşdığı mesajda yazıb:
“Bu gün yeni bir hekayə başlayır. Yeni Rodriqo doğulur.”
“Bütün prosesi keçməyə və həyatımda Allahın xeyir-dualarını yaşamağa hazıram.”
“Mənə göndərilən hər sevgi dolu mesaja görə çox minnətdaram. Şükürlər olsun, əməliyyat yaxşı keçdi!”
Qeyd: Rodriqo ən ağır zədə sayılan ön çarpaz bağını qoparmışdı. 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq braziliyalı futbolçunun 2026 Dünya Çempionatını da buraxacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved