"Roma" "Bayern"in gənc futbolçusunu transfer etdi
“Roma” hücum xəttini yeni futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, A Seriyası təmsilçisi “Bayern Münhen"in oyunçusu Brayan Saraqosanı mövsümün sonuna qədər icarəyə cəlb edib. Bu barədə klubun rəsmi mətbuat xidməti açıqlama yayıb.
İspaniya millisinin üzvü olan futbolçu cari mövsümün sonunadək “canavarlar”ın heyətində çıxış edəcək.
Xatırlatma: “Bayern Münhen” 24 yaşlı vingeri 2024-cü ilin fevralında “Qranada”dan transfer edib. Saraqosa bu mövsümün ilk yarısını “Selta”da keçirib və La Liqa klubunun heyətində iştirak etdiyi 26 rəsmi oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved