“Roma” braziliyalı ulduzu alır

Riçard Rios “Roma”ya transferə çox yaxındır.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının nəhəngi “Roma” Braziliyanın “Palmeiras” klubunun yarımmüdafiəçisi Riçard Riosu heyətinə qatmağa hazırlaşır. Bu barədə məlumatı tanınmış jurnalist Nikolo Şkira yayıb.
Məlumata görə, romalılar 2030-cu ilə qədər futbolçu ilə illik 2.6 milyon avro maaşla razılıq əldə ediblər. Klub yaxın günlərdə “Palmeiras”a 23-25 milyon avro aralığında rəsmi təklif göndərəcək.
Əgər transfer rəsmiləşsə, 24 yaşlı Rios “Roma”nın yeni mövsüm üçün heyətində vacib rola sahib ola bilər.
© Copyright 2025, All Rights Reserved