"Roma" qapıçısı ilə müqavilə uzatdı

90plus.az xəbər verir ki, 25 yaşlı qapıçı Mile Svilar çıxış etdiyi Roma klubu ilə yeni müqaviləyə imza atıb.
İtaliya klubunun rəsmi açıqlamasında qeyd olunub: “AS Roma" Mile Sviların klubla olan müqaviləsini 30 iyun 2030-cu il tarixinə qədər uzatdığını elan etməkdən məmnunluq duyur.”
1999-cu il təvəllüdlü qapıçı ötən mövsüm "Roma"nın əsas aparıcı futbolçularından birinə çevrilib. O, A Seriyasında çıxış etdiyi 16 matçda qapısını toxunulmaz saxlayıb.
2025-ci ildə isə Svilar 11 oyunda qapısına qol buraxmayıb ki, bu da Avropanın 5 ən güclü liqasında rekord göstərici sayılır. Mövsüm sonunda Mile Svilar Serie A tərəfindən 2024/25 mövsümünün ən yaxşı qapıçısı seçilib.
O, 2022-ci ildən bəri "Roma" forması ilə bütün turnirlərdə ümumilikdə 88 oyuna çıxıb.
© Copyright 2025, All Rights Reserved