“Roma”da Qasperini dövrü başlayır

Can Piero Qasperini "Roma"nın baş məşqçisi təyin olundu.
90plus.az xəbər verir ki, italiyalı təcrübəli mütəxəssis Qasperini "Roma" klubu ilə 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb. Müqaviləyə görə UEFA Çempionlar Liqasına vəsiqə qazanılması və Serie A çempionluğu halında əlavə bonuslar da olacaq.
67 yaşlı mütəxəssis 2016-cı ildən bəri çalışdığı "Atalanta"dan ayrıldığını rəsmi olaraq açıqlayıb. Onun rəhbərliyi altında "Atalanta" 2024-cü ildə UEFA Avropa Liqasının qalibi olub və klub tarixində ilk dəfə Avropa kubokunu qazanıb.
"Roma"nın keçmiş baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda vəzifəsini tərk edəcək və klubun idarə heyətində məsləhətçi rolunu icra edəcək. Qasperini isə "Roma"nın yeni layihəsinin əsas fiquru seçilib və klubun gələcək uğurlarında mühüm rol oynayacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved