“Roma”da yeni ulduz “doğur”

Evan Ferqyuson “Roma”nın yeni ulduz hücumçusu olacaq.
90plus.az xəbər verir ki, “Roma” növbəti mövsüm üçün hücum xəttini gücləndirməyə hazırlaşır. Tanınmış insayder Fabrizio Romanonun verdiyi xəbərə görə, İtaliya klubu “Brayton”un istedadlı forvardı Evan Ferqyusonun transferi üçün razılığa gəlib – “Here we go!”
Tərəflər icarə və 40 milyon avro dəyərində məcburi satınalma şərti ilə anlaşma əldə ediblər. Müqavilə rəsmi olaraq hələlik imzalanmasa da, razılaşma şifahi şəkildə tam şəkildə tamamlanıb.
19 yaşlı irland hücumçu bir neçə top klubun marağına baxmayaraq “Roma”nın layihəsinə üstünlük verib. Gənc futbolçunun İtaliya təmsilçisində əsas heyətdə yer alacağı gözlənilir.
Evan Ferqyuson 2024/25 mövsümündə “Brayton”un heyətində Premyer Liqada çıxış edib və potensialı ilə diqqət mərkəzinə düşüb. Onun fiziki gücü, cərimə meydançasındakı instinkti və bitiricilik qabiliyyəti “Roma”nın hücumuna yeni nəfəs gətirə bilər.
© Copyright 2025, All Rights Reserved