Romada “Yuventus” son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı
İtaliya A Seriyasının 27-ci turunda turunun mərkəzi oyunlarından biri paytaxtda baş tutdu. “Roma” doğma meydanda “Yuventus”u qəbul etdi və qarşılaşma dramatik 3:3 hesabı ilə başa çatdı.
90plus.az xəbər verir ki, əlavə olunmuş vaxtın 90+3-cü dəqiqəsində F. Qatti səhnəyə çıxdı və “Yuventus”a son saniyələrdə dramatik bərabərlik qazandırdı:
Roma 3 - 3 Yuventus
França 39’
Konseysao 47’
Ndicka 54’
D. Malen 65’
J. Boga 78’
F. Qatti 90+3’
Qollar: https://t.me/doxsanplus/114942
Bu nəticədən sonra turnir cədvəlində “Roma” 51 xalla 4-cü, “Yuventus” isə 47 xalla 6-cı pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved