"Roma"nın futbolçusu qarət olundu
Altı silahlı quldur "Roma"nın yarımmüdafiəçisi Neyl El Aynauinin evini qarət edib.
90plus.az xəbər verir ki, üzləri örtülü, tapançalarla silahlanmış və qara geyimli naməlum şəxslər evə dəmir barmaqlıqları sındıraraq soxulublar.
Quldurlar futbolçunu, anasını, sevgilisini, qardaşını və yoldaşını otağa kilidləyiblər.
Onlar təxminən 10 000 avro dəyərində zinət əşyaları, "Rolex" saatı və bir neçə çanta oğurlayıblar.
İddiaya görə, heç kim xəsarət almayıb. Polis məsələ ilə bağlı araşdırma aparır.
© Copyright 2026, All Rights Reserved