"Roma"nın "səssiz qəhrəmanı" komandada qalacaq

90plus.az xəbər verir ki, İtaliyanın “Roma” klubunda sabit çıxışı ilə azarkeşlərin rəğbətini qazanan türkiyəli futbolçu Zeki Çeliklə bağlı önəmli qərar verilib. Klub rəhbərliyi 28 yaşlı sağ cinah müdafiəçisinin müqaviləsini uzadaraq maaşını artırmağı planlaşdırır.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, hazırda illik 1,7 milyon avro qazanan Zekinin əmək haqqısı 2 milyon avroya qaldırıla bilər. Klub müqaviləsi gələn yay başa çatacaq futbolçunu komandada saxlamaq istəyir.
İtalyan mətbuatı Zeki Çeliki “diqqət mərkəzinə düşmək istəməyən səssiz qəhrəman” kimi xarakterizə edir. Məlumata görə, o, Hermosso və Gilardi kimi rəqiblərini arxada qoyaraq “Roma”nın yeni baş məşqçisi Canpiero Qasperininin əsas heyətində sabit yer alıb.
Bu mövsüm “Roma” forması ilə 8 rəsmi matçda meydana çıxan və onların 6-da start heyətində yer alan Zeki Çelik, ümumilikdə 559 dəqiqə meydanda olub və 1 qol ötürməsi ilə yadda qalıb. Müdafiədəki istedadı və sabit oyunu ilə məşqçi heyətinin etibarını qazanıb.
Klub rəhbərliyi Zekinin performansından razıdır və onu uzunmüddətli layihənin bir parçası kimi görür.
© Copyright 2025, All Rights Reserved