Romario: "Argentina millisində oynamağı seçərdim"

Romario Argentina və "Real Madrid" arasında seçim etdiyini açıqlayıb.
90plus.az xəbər verir ki, 1994-cü ilin dünya çempionu, "Barselona"nın və Braziliya millisinin sabiq hücumçusu "GeTV"yə müsahibəsində maraqlı cavab verib. Ona “Real”da oynamağı, yoxsa Argentina yığmasının formasını geyinməyi seçəcəyi soruşulub.
“Lənət olsun... Hər ikisi möhtəşəm seçimdir. Amma mən Argentina millisində oynamağı seçərdim. Mən ömrümün sonuna qədər ‘Barselona’nın azarkeşi olaraq qalacağam”, – 59 yaşlı Romario deyib.
Qeyd: Romario 1993–1995-ci illərdə “Barselona”nın heyətində çıxış edib, klubla iki dəfə La Liqa çempionu və bir dəfə İspaniya Superkubokunun qalibi olub.
© Copyright 2025, All Rights Reserved