Romero: “Klubdan kənar nə deyirlər-desinlər”

Kristian Romero mediaya açıqlamasında "Klubdan kənarda deyilən sözlərə mane ola bilmərəm, nə deyirlər-desinlər, amma mən həmişə bu forma ["Tottenhem"] üçün 100% bacarığımı ortaya qoymuşam" söyləyib.
90plus.az xəbər verir ki, 27 yaşlı argentinalı müdafiəçinin bu yay "Atletiko Madrid"ə 75 milyon avro dəyərində və ya daha yüksək bir sövdələşmə ilə bağlı güclü söhbətlər gəzir.
Romero Lionel Messinin onu Kataloniya klubuna təklif etdiyi bildirildikdən sonra "Barselona" ilə də adı hallandı, lakin bu söz-söhbətlər Atletiko ilə olanlar qədər isti deyil.
Beləcə, K. Romero bu söhbətlər barədə açıqlama verib: "Klubda hər gün mənə göstərdikləri məhəbbət sübut edir ki, onlar mənimlə çox maraqlanırlar. Mən də bu klubu çox sevirəm.
"Mən həqiqətən böyük bir məqsədə nail oldum, "Tottenhem" uzun illərdir, kuboku qaldırmamışdı və mən tarix yazmaq zehniyyəti ilə gəldim.
Romero əlavə edir: "Sonunda adımı tarixə yazmağın yeganə yolu bunu etmək idi və mən bunu etdim, buna görə də çox xoşbəxtəm".
© Copyright 2025, All Rights Reserved