Ronald Arauxo övladlarının anası ilə evləndi

Ronald Arauxo ailə həyatı qurdu – “Barselona”nın müdafiəçisi evləndi.
90plus.az xəbər verir ki, “Barselona”nın və Uruqvay millisinin aparıcı futbolçularından olan 25 yaşlı mərkəz müdafiəçisi uzun müddətdir, münasibətdə olduğu Abiqeyl Oliveyra ilə rəsmi nikaha daxil olub.
Cütlüyün toy mərasimi Uruqvayın paytaxtı Montevideoda, Metodist kilsəsində keçirilib. Mərasimdə yaxın ailə üzvləri, dostları və futbolçunun bəzi komanda yoldaşları iştirak edib. Tədbir sadə, lakin zərif atmosferdə təşkil olunub.
Ronald Arauxo və Abiqeyl Oliveyra 2016-cı ildən bəri birlikdədirlər. Onlar gənc yaşlarından münasibətdə olublar və artıq illərdir ailə həyatı planları qurduqları bildirilirdi.
İki övlad atasıdır
Qeyd: Ronald və Abiqeyl cütlüyünün iki qız övladı var. Ailənin qurulması, əsasən, onların münasibətlərini rəsmi çərçivəyə salmaq məqsədi daşıyıb.
“Barselona” klubunun sosial media hesabları Arauxonu təbrik edib. Eyni zamanda onun bəzi komanda yoldaşları da şəxsi profillərində təbrik mesajları paylaşaraq, yeni ailəyə xoşbəxtlik arzulayıblar.
Ronald Arauxo hazırda “Barselona”nın əsas heyət oyunçularından biridir və klubla gələcək planları barədə qərar vermək ərəfəsindədir. Toy mərasimindən sonra onun gələcəyi ilə bağlı müzakirələrin daha da sürətlənəcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved