Ronald Arauxo sakitləşmək üçün İarailə getdi
Ronald Arauxo ruhən toparlanmaq üçün İsrailə səfər etdi.
90plus.az xəbər verir ki, “Barselona”nın müdafiəçisi Ronald Arauxo ruhən yenilənmək və güc toplamaq məqsədilə İsrailə səfər edib. Futbolçu gündəlik məşq və oyun stressindən uzaqlaşmaq, sakit mühitdə dincəlmək və duyğularını nizamlı şəkildə bərpa etmək istəyir.
Arauxonun agentləri Dekoya bildirib ki, müdafiəçi özünə qayıtmaq, daxili balansını bərpa etmək və tam hazır olmaq üçün vaxta ehtiyac duyur.
Klub isə bu qərara tam dəstək verib. Arauxo yalnız özünü hazır hiss etdikdən sonra komandaya qayıdacaq.
© Copyright 2025, All Rights Reserved