Ronaldo 50 min avro borca görə məhkəməyə veriləcək

Ronaldo "Mançester Yunayted"in həkiminə borclu imiş.
90plus.az xəbər verir ki, karyerasını "Əl-Nəsr" klubunda davam etdirən Kriştiano Ronaldonun "Mançester Yunayted"də oynadığı dövrlə bağlı diqqətçəkən bir iddia gündəmə gəlib. "Doktor Roş" kimi tanınan həkim Roşan Ravindran portuqaliyalı ulduzun ona borclu olduğunu bildirib.
Doktor Roş, Ronaldonun bəzi gözəllik prosedurları üçün ona ödəniş etmədiyini iddia edib. Kriştiano Ronaldonun "Mançester Yunayted"də işlədiyi dövrdə dəri baxımı üçün müraciət etdiyi həkim, Ronaldonun ona 50 min avro borclu olduğunu açıqlayıb. Ronaldoya qarşı hüquqi proses başladan Roş, mövzu ilə bağlı əlavə açıqlama verməkdən imtina edib.
© Copyright 2025, All Rights Reserved