Ronaldo hər şeyi açıb-danışacaq
Kriştiano Ronaldo Pirs Morqan ilə şəxsi müsahibədə iştirak edəcək.
90plus.az xəbər verir ki, bu müsahibənim Ronaldonun həyatındakı ən şəxsi və ən açıq müsahibə olacağı deyilir.
Pirs Morqan müsahibəni “Cristiano Ronaldo Uncensored” ("Kriştiano Ronaldonun açıq müsahibəsi") adı ilə təqdim edib.
Futbolçunun 2022-ci ildə eyni jurnalistlə verdiyi müsahibə geniş müzakirələrə və qalmaqallara səbəb olmuşdu. İndi isə azarkeşlər beşqat Ballon d’Or sahibinin bu dəfə hansı yeni açıqlamalar verəcəyini maraqla gözləyirlər.
🔗 Mənbə: Sosial media / Pirs Morqan
© Copyright 2025, All Rights Reserved