Ronaldo millidən kənarda qaldı
Kriştiano Ronaldo Portuqaliya millisindən kənarda qaldı.
90plus.az xəbər verir ki, Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo qarşıdakı milli fasilə üçün yığmanın heyətinə çağırılmayıb.
Buna səbəb futbolçunun zədədən tam sağalmaması olub. Milli komandanın məşqçilər heyəti ilə futbolçunun klubu arasında aparılan müzakirələrdən sonra Ronaldonun tam bərpa prosesinə fokuslanmasının daha məqsədəuyğun olduğu qərara alınıb. Bu səbəbdən o, bu həftə Portuqaliya millisinin oyunlarında iştirak etməyəcək.
Qeyd: Meksikada keçiriləcək yoldaşlıq oyunu üçün yerli azarkeşlər Ronaldonu ilk dəfə ölkələrində canlı izləməyi gözləyirdilər. Lakin zədə səbəbindən bu mümkün olmayacaq.
© Copyright 2026, All Rights Reserved