Ronaldo özünü Messi, Pele və Maradonadan üstün sayır

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldo verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, o, futbol tarixinin ən yaxşısı olduğunu bildirib:
”Məncə mən futbol tarixinin gördüyü ən kompleks futbolçuyam. Mən sürətliyəm, güclüyəm, baş zərbəmlə, solla qol vururam. İnsanlar Leo Messi, Pele, Dieqo Maradona kimi futbolçuları da bəyənə bilərlər, buna hörmətlə yanaşıram, lakin mən bir başqayam.
Mən futbol tarixinin ən yaxşısıyam. 920, 925 qolla da karyeramı bitirsəm, yenə də fərqi yoxdur. Əgər 1000 qola çatsam, möhtəşəm olacaq, çatmasam belə, yenə də rəqəmlər yalan demir. Məndən daha yaxşısını görməmişəm. Bunu səmimi-qəlbdən deyirəm”.
Baş məşqçilik haqda: “Baş məşqçi olmaq? Mən bunu görmürəm... bu, oyunçu olmaqdan daha çətindir. Klub sahibi ola bilərəm. Bunun mənim üçün daha çox mənası var”.
Mənbə: Edu Aguirre
Ronaldo ötən gecə Asiya Çempionlar Liqasında "Al Nassr"in BƏƏ klubu "Al Vasl"a 4-0 qalib gəldiyi oyunda dubl edib.
Bu, Ronaldonun 923-cü karyera qolu olub. 2-ci qoldakı tullanışı bu yaş üçün fantastik idi. VİDEO: https://t.me/doxsanplus/97371
Qeyd: Kriştianu Ronaldonun sabah 40 yaşı tamam olacaq. O, bu mövsüm "Əl Nəsr"in heyətində 23 qol vurub.
© Copyright 2025, All Rights Reserved