Ronaldo Nazario sərxoş görüntülənib! VİDEO

Braziliyalı sabiq futbol ulduzu Ronaldo Nazario sərxoş halda kameralara tuş gəldi.
90plus.az xəbər verir ki, əfsanəvi hücumçunun bu vəziyyətdə görüntülənməsi "Valyadolid" azarkeşlərinin ciddi narazılığına səbəb olub. Onlar braziliyalı veteran futbolçudan sahibi olduğu klubun səhmlərini satmağı tələb edirlər.
Buna səbəb "Valyadolid"in bu mövsüm uğursuz çıxışıdır. 34 turdan sonra 16 xalla turnir cədvəlində sonuncu - 20-ci pilləni tutan "ağ-bənövşəyilər" La Liga`da qalmaq şansını itiriblər.
Ronaldo Nazarionun "Valyadolid"in ardıcıl 8 məğlubiyyətinin fonunda Madridə yollanıb tennis izləməsi, sonra isə restorandan bu halda çıxması azarkeşləri daha da qəzəbləndirib.
VİDEO: https://t.me/doxsanplus/102512
📰: Marca
© Copyright 2025, All Rights Reserved