Ronaldo özünə təyyarə aldı
"Əl-Nəsr" klubunun oyunçusu Kriştiano Ronaldo və Corcina Rodriges 900 km/saat sürətlə uça bilən və 9000 kilometr məsafə qət etməyə imkan verən yeni "Bombardier Global Express" şəxsi təyyarəsi əldə ediblər.
90plus.az xəbər verir ki, bu təyyarə 17 nəfər sərnişin daşıya bilir. İçərisində üç istirahət sahəsi, şəxsi yataq otağı, duşlu vanna otaqları və mətbəx mövcuddur. İnstaqramda paylaşılan bəzi şəkillərdə qızılı detallarla bəzədilmiş dəri oturacaqlar da diqqət çəkir.
Qeyd: Ronaldonun ilk şəxsi təyyarəsi deyil. O, əvvəllər "Gulfstream G200" modelinə sahib olub, lakin onun texniki baxımdan baha başa gəlməsi səbəbilə satılıb.
Artıq cütlük bu yeni təyyarədən səyahətlərində istifadə etməyə başlayıb.
© Copyright 2025, All Rights Reserved