Ronaldo sosial mediada təhdid olundu, əlavə tədbirlər gördü
"Əl Nəsr klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında olduğunu düşündükləri bir qrupdan sosial mediada aldığı təhdidlər səbəbindən özünün və ailəsinin təhlükəsizliyini artırmağa qərar verib.
90plus.az xəbər verir ki, bu qrup həm 40 yaşlı futbolçunun ailəsini, həm də onu qaçırmaqla pul tələb etməklə hədələyib. Təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Ronaldo yüksək riskli əməliyyatlar üzrə təcrübəyə sahib keçmiş portuqaliyalı hərbçi Klaudio Migel Elmi işə götürüb.
Keçmiş hərbçinin Ronaldonun sevgilisi Corcina Rodrigesi Parisdə keçirilən moda nümayişinə müşayiət etdiyi qeyd edilir. İştirakçılar onun fotoqraflara qarşı davranışlarının çox sərt olduğunu bildiriblər.
© Copyright 2025, All Rights Reserved