Ronaldo varidatından danışdı
Kriştiano Ronaldo Pirs Morqana verdiyi son müsahibəsində varidatı barədə danışıb.
90plus.az xəbər verir ki, Morqan ona belə sual verib: “Deməli, keçən həftə milyarder olmusan, elədir?”
Ronaldo cavab verib: “Xeyr, bu, doğru deyil. Mən bir neçə il əvvəl milyarder olmuşam.”
Portuqaliyalı ulduz sözlərinə davam edib: “Milyarder olmaq mənim məqsədim idi, amma heç vaxt pula aludə olmamışam. Bir səviyyəyə çatanda pul artıq o qədər də vacib olmur.”
© Copyright 2025, All Rights Reserved