Ronaldo: “Yamal fenomendir”
Portuqaliya ilə Millətlər Liqası kubokunu qaldıran Kriştiano Ronaldo Lamin Yamal haqda xoş fikirlər səsləndirib.
90plus.az xəbər verir ki, 40 yaşlı Ronaldo azyaşlı rəqibini fenomen adlandırıb:
"Yamal gələcəkdə həm komanda ilə çoxlu kuboklar, həm də fərdi olaraq çoxlu mükafatlar qazanacaq. Onun cəmi 17 yaşı var. Təkrar edirəm: Lamin çox gəncdir və hələ çox inkişaf edə bilər.
"Yamal fenomendir. Amma onu indi rahat buraxmalıyıq, üzərində təzyiq yaratmamalıyıq. Yamalın irəlidə uzun karyerası var. Hələ dəfələrlə Millətlər Liqasının qalibi olacaq".
Qeyd: Lamin Yamal dünən finalda (2-2; penaltilər: 5-3 Portuqaliyanın xeyrinə) Portuqaliya komandasına qarşı:
0 qol, 0 assist, 0 uzun ötürmə, 0 dəqiq asma, 1 uğurlu keçid və 22 top itkisi...
📰: Mundo Deportivo
© Copyright 2026, All Rights Reserved