Ronaldo Yamal yaşında olanda nə edirdi? FOTOLAR
Bu axşam UEFA Millətlər Liqasının finalında İspaniya və Portuqaliya qarşı-qarşıya gəlir.
90plus.az xəbər verir ki, qarşılaşma meydanda iki nəhəng adın toqquşması ilə yadda qalacaq: Kriştiano Ronaldo və Lamin Yamal.
İndi eyni meydanı paylaşsalar da, onların 16-17 yaş dövrləri tamamilə fərqli həyatlardan keçib.
Kriştiano Ronaldo — şöhrət, sərvət və 5 "Ballon d'Or"dan əvvəl — sadə bir yeniyetmə idi. O vaxtlar, ailəsindən yüzlərlə kilometr uzaqda, Lissabonda bir yataqxanada yaşayırdı. Yatağı hamamın qapısı ilə üzbəüz idi, arada isə sadəcə nazik bir pərdə vardı. Ayda cəmi 300 avro maaş alır, gecələr otaq yoldaşları ilə "PlayStation" oynayırdı.
O dövrdə nə bahalı avtomobilləri, nə şəxsi sürücüsü vardı — hər gün metro ilə məşqlərə gedirdi.
Digər tərəfdə isə Lamin Yamal dayanır. Daha 16 yaşında "Barselona"nın əsas komandasında oynayan, böyük markaların reklam simasına çevrilən və yüksək gəlir əldə edən bir futbolçu. Gənc yaşda ulduz statusunu qazanıb. İki tam fərqli dünya, zaman və şəraitin formalaşdırdığı iki fərqli yol. Amma bu gecə onlar eyni səhnədə — Millətlər Liqasının finalında — bütün dünyanın gözü qarşısında çıxış edəcəklər.
Və hər ikisi hazırdır: həm öz nəsillərini təmsil etməyə, həm də bu gecəni unudulmaz etməyə.
Qeyd: Matç 23:00-da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved