Ronaldo yarışmada azarkeşə 1 milyon uduzdu

Kristiano Ronaldo azarkeşə 1 milyon dollar uduzdu.
90plus.az xəbər verir ki, 39 yaşlı futbolçu yutubda 334 milyon izləyicisi olan MrBeast-in yarışmasında işirak edib.
Portuqaliyalı hücumçu Xalid adlı azarkeş ilə mübarizə aparıb. MrBeast qapı tirinə bərkidilmiş 3 hədəfi daha tez vuran iştirakçıya 1 milyon dollar ödəyəcəyini bildirib.
Yarışma Xalidin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. MrBeast azarkeşə dəyəri 1 milyon dollar olan çek təqdim edib.
Mənbə: MrBeast “YouTube” kanalı
© Copyright 2025, All Rights Reserved