Ronaldo yenə meydana çıxmadı - Etiraz davam edir
Kristiano Ronaldo ardıcıl ikinci oyunda “Əl-Nəsr”in heyətindən kənarda qalıb.
90plus.az xəbər verir ki, Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında davam edən etiraz aksiyası səbəbindən ardıcıl ikinci oyun üçün “Əl-Nəsr”in heyətinə salınmayıb.
41 yaşlı hücumçu klubda kifayət qədər investisiyanın olmamasının komandanın inkişafına mane olduğunu düşünür və buna etiraz olaraq meydançaya çıxmır.
Ronaldo daha əvvəl “Əl-Nəsr”in “Əl-Riyad” üzərində 1:0 hesablı qələbə ilə başa çatan oyununu da buraxmışdı. Portuqaliyalı ulduz bu qərarı mövqeyinə sadiq qalmaq və etirazını nümayiş etdirmək məqsədilə verdiyi bildirilir.
Səudiyyə klubunda həftəlik təxminən 500 min avro qazanan Ronaldo, dörd mövsümdür komandada çıxış etməsinə baxmayaraq, hələ də Səudiyyə Ərəbistanı çempionluğunu qazana bilməyib.
© Copyright 2026, All Rights Reserved