Ronaldodan azarkeşlərə çağırış
“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo komandanın azarkeşlərinə müraciət edib.
90plus.az xəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında etdiyi müraciətdə bunları yazıb:
“Siz tribunada, biz meydanda. Gəlin hamımız bir olaq! Matçda görüşənədək”.
Qeyd: “Əl-Nəsr” noyabrın 1-də Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Hilal”la qarşılaşacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl “Əl-Nəsr” “Əl-Taavun”a uduzaraq Səudiyyə Ərəbistanı kubokundan kənar qalmışdı. Ronaldo matçın sonlarına yaxın penaltini yerinə yetirə bilməmişdi və komandası uduzaraq mübarizəni dayandırmışdı.
© Copyright 2026, All Rights Reserved