Ronaldodan sonra bunu Mbappe etdi
“Real”ın İspaniya La Liqasının son turunda “Valensiya” üzərində qazandığı 4:0 hesablı qələbə Madrid təmsilçisinin hücumçusu Kilian Mbappe üçün yadda qalan olub.
90plus.az xəbər verir ki, fransalı ulduz qarşılaşmada dubl edərək komandasının qələbəsində mühüm rol oynayıb. Bu qollar sayəsində Mbappenin “Real”dakı ümumi qol sayı 45-ə yüksəlib.
Bundan əlavə, o, La Liqada ardıcıl 8 oyunda fərqlənməklə Kriştiano Ronaldodan sonra belə seriyaya imza atan ilk futbolçu olub.
© Copyright 2025, All Rights Reserved