Ronaldodan toy hazırlığı - 50 milyon dollar ayırdı
Dünyaca məşhur futbolçu Kristiano Ronaldo və sevgilisi Georgina Rodríguez ilə bağlı diqqətçəkən iddialar gündəmə gəlib.
90plus.az xəbər verir ki, məşhur cütlük avqust ayında möhtəşəm toy mərasimi ilə evlənməyə hazırlaşır. Bildirilir ki, toy üçün ayrılan büdcə 50 milyon dollar civarındadır. Lüks məkan, xüsusi konsept və dəbdəbəli detallar ilə planlaşdırılan mərasim artıq sosial şəbəkələrdə geniş müzakirə olunur.
Digər tərəfdən, Kristiano Ronaldo ilə Georgina Rodríguez arasında evlilik müqaviləsi ilə bağlı iddialar da yayılıb. Sənəddə ən diqqətçəkən məqamlardan biri futbolçunun Georginaya aylıq 144 min dollar ödəniş etməyi qəbul etməsi ilə bağlı bəndin yer aldığıdır.
Bundan əlavə, dəyəri 5,6 milyon dollar olan bir malikanənin də Georgina Rodríguezin adına veriləcəyi iddia olunur. Müqavilənin Ronaldonun 1,4 milyard dollarlıq sərvətini qorumaq məqsədilə hazırlandığı bildirilir.
Sənəddə həmçinin Georginanın həyat standartlarını təmin edən maddələrin də yer aldığı, tətil, xərclər və ümumi yaşayış xərclərinin bu çərçivədə qarşılanacağı qeyd edilir.
Qeyd: Kristiano Ronaldo və Georgina Rodríguez tərəfindən bu iddialarla bağlı hələlik rəsmi açıqlama verilməyib. Buna baxmayaraq, yayılan məlumatlar sosial mediada geniş rezonans doğurmaqda davam edir.
© Copyright 2026, All Rights Reserved