Ronaldolu Portuqaliya Millətlər Liqasının qalibi oldu
Portuqaliya tarix yazdı: UEFA Millətlər Liqasının ikiqat çempionu oldu.
90plus.az xəbər verir ki, UEFA Millətlər Liqasının qalibi Portuqaliya və İspaniya milliləri arasında keçirilən final oyunu ilə müəyyənləşib. Həyəcandolu qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Burada üstünlük qazanan Portuqaliya kuboku başı üzərinə qaldırıb.
Portuqaliyanın ulduzu Kriştiano Ronaldo bu oyunda vurduğu qolla karyerasında 938-ci qoluna imza atıb. O, eyni zamanda Millətlər Liqasında qol vuran ən yaşlı futbolçu adına da sahib çıxıb.
Penalti seriyasında bütün oyunçular dəqiq zərbələr endirsə də, İspaniyadan Alvaro Morata fürsəti qaçırıb. Bu səbəbdən penalti seriyasının qalibi Portuqaliya olub və turnirin çempionu elan edilib.
Portuqaliya 2 - 2 İspaniya
Martin Zubimendi 21’
Nuno Mendeş 26’
Oyarzabal 45’
K. Ronaldo 61’
Qollar:
https://t.me/doxsanplus/103885
https://t.me/doxsanplus/103888
https://t.me/doxsanplus/103890
https://t.me/doxsanplus/103893
Ronaldo ilə yeni tarix
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo bu qələbə ilə yığma karyerasında üçüncü böyük titulunu qazandı:
O, milli səviyyədə ən çox titul qazanan futbolçulardan birinə çevrildi.
VİDEO: https://t.me/doxsanplus/103900
Roberto Martinezin ilk böyük uğuru
Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez üçün bu qələbə karyerasında əlamətdar oldu. İspaniyalı mütəxəssis sonuncu dəfə 2012/13 mövsümündə İngiltərənin “Wigan” klubu ilə FA Kubokunu qazanmışdı. Millətlər Liqası onun milli səviyyədə ilk böyük titulu oldu.
Lamin Yamal üçün çətin final
İspaniyanın 17 yaşlı gənc istedadı Lamin Yamal finalda gözlənilən oyunu sərgiləyə bilmədi. O, 105 dəqiqə ərzində cəmi 2 dəfə driblinq etməyə cəhd etdi və yalnız 1-i uğurlu oldu. Matç boyunca 21 dəfə top itirdi və 17 ikili mübarizədən yalnız 7-də qalib gəlib.