Ronaldonun adına sikkə buraxılacaq
Portuqaliya milli futbol komandasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun şərəfinə onun doğma ölkəsində kolleksiya sikkəsinin buraxılması nəzərdə tutulur.
90plus.az xəbər verir ki, bu sikkə 7 avro dəyərində olacaq və 25 min ədəd tirajla istehsal ediləcək.
Lakin gələcəkdə onun dəyərinin bir neçə dəfə arta biləcəyi ehtimal olunur. "Sportune" bu haqda numizmatika üzrə mütəxəssis Den Barretin sözlərinə istinadla xəbər yayıb.
Barretin fikrincə, sikkənin qiyməti 144 min avroya qədər yüksələ bilər. Ekspert bunun əsas səbəbini sikkənin nadir olması və Ronaldunun Portuqaliyadakı xüsusi statusu ilə əlaqələndirir.
© Copyright 2026, All Rights Reserved