Ronaldonun bu dəfəki qurbanları - Messi, Lebron Ceyms və Devid Bekhem
90plus.az xəbər verir ki, portuqaliyalı ulduz Kristiano Ronaldonun britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibənin üçüncü hissəsi yayımlanıb. Futbolçunun dedikləri futbol dünyasında böyük səs-küy yaradıb.
Ronaldo bu dəfə Lionel Messi, Lebron Ceyms və Devid Bekhem barədə sərt fikirlər səsləndirib.
Müsahibənin əvvəlki hissəsində Ronaldo dünya çempionatlarının bir oyunçunun səviyyəsini müəyyən etmək üçün ədalətli göstərici olmadığını demişdi:
“6-7 oyundan ibarət bir turnir bir futbolçunun nə qədər yaxşı olduğunu necə müəyyən edə bilər? Bu ədalətlidirmi?” — deyə o bildirib.
40 yaşlı hücumçu, özünü Messidən daha yaxşı hesab etdiyini vurğulayıb:
“Lionel Messidən əvvəl Argentina neçə dəfə dünya çempionu olub? Onlar qazanmağa öyrəşiblər. Amma əgər Portuqaliya qalib gəlsəydi, bu, bütün dünyanı təəccübləndirərdi.”
Xatırladaq ki, Argentina Messidən əvvəl iki dəfə – 1978 və 1986-cı illərdə dünya çempionu olub, sonuncu titulu isə 2022-ci ildə Messinin rəhbərliyi ilə qazanıb.
Ronaldo ona ilham verən idmançılardan da danışıb. O, Lebron Ceymsi misal gətirərək belə deyib:
“Mən və Lebron Ceyms – 40 yaşında oynamağa davam edən başqa kim var? Eyni yaşıq, amma mənim ondan daha çox saçım var.”
Məşhur futbolçu həmçinin Devid Bekhemlə bağlı diqqətçəkən fikir səsləndirib:
“Yüz faiz mən daha yaraşıqlıyam. Mən mükəmmələm. Bu, yalnız üzlə bağlı deyil – bütün paketlə bağlıdır.”
Ronaldo, ABŞ-a giriş yasağı ilə bağlı yayılan xəbərləri də təsdiqləyib və bildirib ki, məsələ üzərində Portuqaliya hökuməti işləyir.
© Copyright 2025, All Rights Reserved