Ronaldonun evində canlı yayım gərginliyi – “Üzərindəkini çıxar!”

Futbol ulduzu Kriştiano Ronaldonun oğlu Kriştiano Jr. atasının evində dostları ilə canlı yayım zamanı maraqlı anlar yaşadıb.
90plus.az xəbər verir ki, gənc Ronaldo yayımda iştirak edən qonağın "Benfika" formasını geyindiyini görüb dərhal reaksiya verib.
Kriştiano Jr. bildirib ki, atası "Sportinq" klubunun yetirməsidir və "Benfika" formasını geyinmək onların evində qəbul edilməzdir. O, qonağa “Üzərindəkini çıxar, bu ailə məsələsidir” deyərək formanın dəyişdirilməsini tələb edib.
Hadisə qısa zamanda sosial mediada böyük müzakirələrə səbəb olub. İzləyicilər gənc Ronaldonun atasının klubuna sadiqliyini və bu mövzudakı həssaslığını təqdir ediblər.
© Copyright 2025, All Rights Reserved