Ronaldonun keçmiş sevgilisindən etiraf: "Karyeranı və arzularını tərk etməlisən"

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldonun keçmiş sevgilisi Merçe Romero illər sonra verdiyi açıqlama ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, tanınmış model Ronaldo ilə münasibətləri dönəmində yaşadıqlarından və hazırkı sevgilisi Georgina Rodriqez haqqında danışıb.
Hazırda “Al-Nassr” klubunda çıxış edən Kristiano Ronaldo Georgina Rodriqez və dörd övladı ilə birlikdə ailə şəkilində yaşayır. Lakin bir zamanlar o, dünyanın ən məşhur qadınları ilə yaşadığı münasibətlərlə də tez-tez gündəmə gəlirdi. Ronaldo illər əvvəl Gemma Atkinson, Nereida Gallardo və Irina Şayk kimi adlarla birlikdə olub.
O adlardan biri də Merçe Romero idi. Romero son müsahibəsində Kristiano Ronaldo ilə münasibəti belə xatırlayıb:
“Karyeranı, arzularını tərk etməlisən. Yeni bir mərhələyə keçməli və bunu gələcək kimi qəbul etməlisən.”
Merçe Romero Georgina Rodriqezə olan münasibətini də açıq şəkildə ifadə edib:
“Ona hörmət edirəm və papağımı çıxarıram. Çoxumuz keçmişə qayıdıb çox şeyi dəyişəcəyimizi düşünürük. Amma əslində dəyişmirik. Həyat bu gündür və biz yalnız o an hiss etdiyimizi edirik. Yalnız bu gün üçün yaşamalıyıq.”
© Copyright 2025, All Rights Reserved