Ronaldonun sərvəti $1 milyardı keçdi

Kristiano Ronaldo tarixə düşdü — xalis sərvəti $1 milyardı keçdi!
90plus.az xəbər verir ki, futbol dünyasının əfsanəvi siması Kristiano Ronaldo daha bir tarixi rekorda imza atıb. “Forbes”in məlumatına görə, portuqaliyalı superulduz futbol tarixində xalis sərvəti 1 milyard dolları keçən ilk oyunçu olub.
Bu nailiyyətlə Ronaldo yalnız idman deyil, maliyyə baxımından da zirvəyə çatdığını bir daha sübut etdi. 39 yaşlı hücumçu bu uğura həm futboldan qazandığı maaş və bonuslar, həm də reklam müqavilələri, şəxsi brendlər və biznes yatırımları sayəsində çatıb.
Karyerası ərzində “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” kimi nəhəng klublarda çıxış edən Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinir və orada dünyanın ən çox maaş alan futbolçularından biri hesab olunur.
“Kristiano Ronaldo sadəcə bir futbolçu deyil, qlobal marka və simvoldur,” – deyə “Forbes” qeyd edir.
Futbol tarixində adını qızıl hərflərlə yazdıran Ronaldo həm meydanda, həm də ondan kənarda tarix yazmağa davam edir.
© Copyright 2025, All Rights Reserved