Ronaldoya 99 qamçı cəzası - "Əl-Nəsr" şikayət etdi

Ronaldonun İranda qamçı cəzası gündəmə bomba kimi yayıldı.
90plus.az xəbər verir ki, "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldonun 2023-cü ildə İrana səfəri zamanı iranlı rəssam Fatimə Hammami Nəsrabadi ilə görüşü müzakirələrə səbəb olub. Ronaldonun Nəsrabadiyə sarılması İran qanunlarına görə subay qadına toxunmaq zina kimi qiymətləndirilir və bu hərəkətə görə 99 qamçı cəzası nəzərdə tutulur.
Bu hadisə səbəbindən "Əl-Nəsr" klubu 3 martda Tehranda "İstiqlal" ilə keçirəcəyi Asiya Çempionlar Liqası matçının neytral meydançada oynanmasını tələb edib. Klub Ronaldonun təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edərək İrandakı təhlükəsizlik risklərinə diqqət çəkib.
Lakin, İranın "İstiqlal" klubu bu tələbi rədd edərək Ronaldoya təhlükəsizlik zəmanəti verib. "İstiqlal" klubu matçın Tehranda oynanacağını və Ronaldonun təhlükəsizliyi üçün lazımi tədbirlərin görüləcəyini bildirib.
Bu məsələ Asiya Çempionlar Liqasında diqqətlə izlənilən bir mövzuya çevrilib.
© Copyright 2025, All Rights Reserved