“Rəqibin itirəcək bir şeyi qalmadı” Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Linkoln" üzərində qələbəni (2:0) şərh edib.
90plus.az xəbər verir ki, mütəxəxssis ilk oyunda üstünlük qazanmağın önəmindən danışıb:
“Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Topu istədiyimiz kimi ram edə bilmirdik. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.
Qeyd: "Qarabağ - Luqano" cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved