RƏSMİ: “Real Madrid” Kukurelyanı açıqladı
RƏSMİ: “Real Madrid” Mark Kukurelyanı transfer etdi.
90plus.az xəbər verir ki, "Real Madrid” yeni transferini açıqlayıb. Madrid təmsilçisi “Çelsi”dən Mark Kukurelyanı heyətinə qatdığını rəsmən bəyan edib. İspaniyalı müdafiəçi ilə 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
Məlumata görə, transferin dəyəri 55 milyon avro təşkil edir. Müqavilədə əlavə olaraq 5 milyon avro məbləğində bonuslar da nəzərdə tutulub.
Beləliklə, Kukurelya karyerasında yeni səhifə açaraq İngiltərə Premyer Liqasından ayrılıb və İspaniya nəhənginin sıralarına qoşulub. 27 yaşlı sol cinah müdafiəçisi yeni mövsümdən etibarən Joze Mourinyonun rəhbərliyi altında çıxış edəcək.
Qeyd: Mark Kukurelya 2022-ci ildən “Çelsi”nin formasını geyinirdi. O, bundan əvvəl “Barselona”, “Eybar” və “Xetafe”də də çıxış edib.
© Copyright 2026, All Rights Reserved