RƏSMİ: “Turan Tovuz” avrokuboklara getmir! CAS “yox” dedi
RƏSMİ: CAS qərarını açıqladı – “Turan Tovuz” avrokuboklarda iştirak etməyəcək.
90plus.az xəbər verir ki, “Turan Tovuz”un UEFA Konfrans Liqasının 2025/2026 mövsümündə iştirakı ilə bağlı yekun qərar açıqlanıb.
İdman Arbitraj Məhkəməsi (CAS) Tovuz təmsilçisinin müraciətini təmin etməyib və UEFA Apellyasiya Orqanının 2 iyun tarixində qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
Klub bununla bağlı rəsmi açıqlama yayıb:
“İdman Arbitraj Məhkəməsi (CAS) klubumuzun müraciəti ilə bağlı qərarını açıqlayıb. Qurum UEFA Apellyasiya Orqanının klubumuz haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb. 15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız UEFA Konfrans Liqasının 2025/2026-cı illər mövsümündə iştirak etməyəcəyik”.
© Copyright 2026, All Rights Reserved