Rəsmi! Vinisius “Qızıl Top”da 16-cı oldu

Vinisius Juniorun 2025-ci il “Qızıl top” sıralamasındakı yekun mövqeyi açıqlanıb.
90plus.az xəbər verir ki, braziliyalı hücumçu ötən il keçirilən qalada ikinci yeri tutmuş, əsas mükafatı isə “Mançester Siti” və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanmışdı.
Bu dəfə isə 24 yaşlı “Real Madrid” ulduzu daha zəif mövsüm keçirdiyi üçün yalnız 16-cı pillədə qərarlaşıb. Komandası ilə birlikdə FİFA İnterkontinental Kubokunu və UEFA Superkubokunu qazansa da, ötən mövsümdə böyük titullara sahib ola bilməyiblər.
Vinisius klub səviyyəsində 22 qol və 19 məhsuldar ötürmə ilə diqqət çəkən göstəriciyə imza atsa da, ilk “onluq”da yer alacağı real görünmürdü. Braziliyalı hücumçu üçün yeni mövsüm də yaxşı başlamayıb, amma o, qarşıdakı həftələrdə güclü dönüş etməyi hədəfləyir.
Qeyd: Vinisius Junior ötən il “Qızıl top”da 2-ci yeri tutduqdan sonra…
“Lazım olsa bunu 10 dəfə edərəm. Onlar hələ hazır deyillər.”
Bellingem (23-cü yer) və Vinisiusun sıralaması artıq bəlli olub, “Real Madrid”dən sonuncu açıqlanacaq mövqeyə sahib futbolçu Kilian Mbappedir.
Bununla yanaşı, Tibo Kurtua Yashin Trofeyi uğrunda mübarizə aparır və mükafat qazanmaq şansı var. Lakin “Real Madrid” bu dəfə də qalaya qatılmaqdan imtina edib.
© Copyright 2025, All Rights Reserved